Rusiyadan alınan “S 300” İran ordusunun silahlanmasına qəbul edilib

Rusiyadan alınan “S 300” İran ordusunun silahlanmasına qəbul edilib
# 10 may 2016 13:25 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. İranın müdafiə naziri Hüseyn Dehqan Rusiyadan alınan “S 300” zenit-raket kompleksinin Xatəmul-Ənbiya Hava Hücumundan Müdafiə Qərargahının ixtiyarına verildiyini bildirib.

APA-nın Tehran bürosunun məlumatına görə, H. Dehqan bildirib ki, ölkədə “S 300” sisteminə oxşar “Baver 373” kompleksi layihəsinin üzərində iş aparılır:

“Bu raket kompleksi ballistik raketlər, pilotsuz təyyarələr və hərbi təyyarələri məhv etmək qabiliyyətinə malikdir. Bu gün biz başqalarına ehtiyacımız olmadan öz hava hücumundan müdafiə sistemlərimizi, top və raket ehtiyaclarımızı təmin edirik və gələcəkdə bu sahədə daha böyük addımlar atacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR