"AccessBank" manatla kreditləşməni davam etdirir

"AccessBank" manatla kreditləşməni davam etdirir
# 02 iyun 2016 09:30 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanda ən böyük kredit portfelinə malik olan banklardan biri "AccessBank" müştərilərə milli valyutada kredit verməyə davam edir.

"APA-Economics" xəbər verir ki, bankdan daxil olan məlumata görə, müştərilər geniş xidmət şəbəkəsi olan "AccessBank"ın filiallarına müraciət edərək manatla həm istehlak, həm də biznes kreditlərini rəsmiləşdirə bilərlər.

Bununla yanaşı, "AccessBank" Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlıq çərçivəsində ölkənin sosial-iqtisadi inkişafı üzrə prioritet sahələrin, kənd təsərrüfatı və istehsalatın maliyyələşdirilməsi məqsədilə sahibkarlara milli valyutada güzəştli kreditlər təklif etməyə davam edir.

Bankın kreditlərini bankın köhnə müştəriləri ilə yanaşı, yeni müştərilər, yəni bankda kredit tarixçəsinə malik olmayan yeni müştərilər də şəxsiyyət vəsiqəsi və gəliri təsdiq edən sənəd əsasında ala bilərlər.

Gəliri təsdiq edən sənəd qismində iş yerindən arayış, əmək haqqı kartının son 6 ay çıxarışı ya da elektron arayış ola bilər.

Ətraflı məlumatı (012) 151 nömrəli telefondan, bankın internet saytından, rəsmi facebook və twitter səhifələrindən əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR