Numan Kurtulmuş: “Türkiyə Rusiya ilə münasibətlərin normallaşdırılmasının tərəfdarıdır”

Numan Kurtulmuş: “Türkiyə Rusiya ilə münasibətlərin normallaşdırılmasının tərəfdarıdır”
# 29 mart 2016 01:11 (UTC +04:00)

Bakı-APA. “Türkiyə ilə Rusiya bir-birilərinə yaxın dövlətlərdir və uzun illərdir sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Aramızda bir sıra məsələlərə dair rəqabət olsa da, bir çox iqtisadi sahələrdə uğurla əməkdaşlıq edirik”.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bir qrup Rusiya hərbçisinin İzmirə səfər edəcəyi barədə sualı cavablandırarkən bəyan edib.

“Türkiyə Rusiya təyyarəsi ilə bağlı təəssüfünü bildirib və iki ölkə arasında gərginliyin azalması, münasibətlərin normallaşdırılmasının tərəfdarıdır. Türkiyə ilə Rusiya məlum insidentə görə münasibətləri kəsməyəcəklər. Fevralın 2-5-də marşrutun müəyyənləşdirilmədiyi ilə bağlı Rusiya təyyarələrinin hava məkanımızda uçuşlar keçirməyinə icazə vermədik. İndi rusiyalı hərbçilər gələcək və aparılan danışıqlardan sonra hadisələrin necə inkişaf edəcəyi barədə danışmaq mümkün olacaq”, deyə N.Kurtulmuş bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR