Lənkəranda yük və minik maşınları toqquşub, iki nəfər ölüb - YENİLƏNİB

Lənkəranda yük və minik maşınları toqquşub, iki nəfər ölüb - <span style="color: red;">YENİLƏNİB
# 04 avqust 2016 10:02 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat açıqlayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Lənkəran şəhərində vətəndaşlara məxsus "İveco" markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verməsi barədə məlumat daxil olub. Dərhal nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq qəza nəticəsində deformasiyaya uğramış “VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişin 1980-ci il təvəllüdlü Famil Ağacan oğlu İbadovun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 10:25-də başa çatıb.

***

10.31

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun xəbərinə görə, hadisə bu gün saat 10 radələrində Ələt-Astara magistralının 199-cu kilometrliyində qeydə alınıb.

“IVECO” markalı yük maşını “VAZ 2107” markalı minik avtomobili ilə toqquşub. Güclü zərbədən minik avtomobili yararsız hala düşüb. Əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri maşında sıxılmış vəziyyətdə qalan sərnişinin meyitini çıxarıblar.

Avtomobilin sürücüsü isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin Lerik rayon sakinləri olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR