Rusiya hərbi təyyarəsinin endirdiyi hava zərbəsi nəticəsində Suriyada 10 dinc sakin ölüb

<b>Rusiya hərbi təyyarəsinin endirdiyi hava zərbəsi nəticəsində Suriyada 10 dinc sakin ölüb</b>
# 17 oktyabr 2015 01:52 (UTC +04:00)

Bakı-APA. Rusiyaya məxsus hərbi təyyarənin endirdiyi hava zərbəsi nəticəsində Suriyada 10 dinc sakin ölüb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, insident İdlib vilayətinin Kafr Karmin kəndində qeydə alınıb.

Ölənlərdən üçünün uşaq olduğu bildirilir. Hava zərbəsi zamanı xeyli sayda insan yaralanıb. Kəndə ciddi ziyan dəyib, evlər dağılıb, sakinlərə məxsus iri və xırda buynuzlu heyvan tələf olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR