Göyçayda 3 yaşlı uşaq su arxına düşərək ölüb - VİDEO

Göyçayda 3 yaşlı uşaq su arxına düşərək ölüb - <span style="color: red;">VİDEO
# 28 sentyabr 2015 09:34 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Göyçayın Qaraxıdır kəndində qeydə alınıb. Kənd sakini, 2012-ci il təvəllüdlü Kərimov Əsgər Cavanşir oğlu yaşadığı evin həyətində oynayarkən valideyn nəzarətindən yayınıb və yaxınlıqdakı su arxına düşərək boğulub. Köməksiz vəziyyətdə qalan 3 yaşlı uşaq dünyasını dəyişib.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR