Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin xarici işlər nazirləri Nyu Yorkda görüşəcəklər

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olan ölkələrin xarici işlər nazirləri Nyu Yorkda görüşəcəklər
# 14 sentyabr 2015 07:20 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının xarici işlər nazirləri BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində qeyri-rəsmi görüş keçirəcəklər.

APA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, görüş sentyabrın 26-na planlaşdırılıb.


Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının xarici işlər nazirlərinin sonuncu rəsmi görüşü sentyabrın 10-da Qazaxıstanın paytaxtı Astanada keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR