BMT-nin xüsusi elçisi: “Atəşkəsin pozulması Yəmən üzrə danışıqları təhlükə altına qoyur”

BMT-nin xüsusi elçisi: “Atəşkəsin pozulması Yəmən üzrə danışıqları təhlükə altına qoyur”
# 16 aprel 2016 01:34 (UTC +04:00)

Bakı-APA. Taiz şəhəri ətrafında davam edən döyüşlər aprelin 18-də Küveytdə baş tutacaq Yəmən üzrə sülh danışıqlarını təhlükə altına qoyur.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu BMT-nin Yəmən üzrə xüsusi elçisi İsmayıl uld Şeyx Əhməd qurumun Təhlükəsizlik Şurasının iclasında bəyan edib.

Onun sözlərinə görə, aprelin 10-dan qüvvəyə minən atəşkəs rejiminə ölkənin əksər ərazilərində riayət edilir: “İlk günlər ölkədə zorakılıq hallarının sayı nəzərəçarpacaq dərəcədə azalmışdı. Lakin Taiz və bir sıra digər rayonlarda atəşkəsin pozulması halları müşahidə olunur, münaqişə qurbanlarının sayı artır. Gərginliyin eskalasiyası sülh danışıqlarını təhlükə altına qoya bilər”.

Aprelin 10-dan Yəməndə BMT-nin vasitəçiliyi ilə atəşkəs rejiminin tətbiqinə dair razılaşma qüvvəyə minib.

Qeyd edək ki, Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü idən davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR