Bələdiyyə sədri və həyat yoldaşını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsində şahidlər ifadə veriblər

Bələdiyyə sədri və həyat yoldaşını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsində şahidlər ifadə veriblər
# 05 avqust 2016 10:11 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində bələdiyyə sədrini və həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Fədail Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Məhid Əsədov ifadə verib. O, Saray bələdiyyə sədrinin müavini işləyərkən F. Hüseynovu tanıdığını deyib və hadisənin şahidi olmadığını bildirib.

Şahid paşa Əhmədov isə bələdiyyədə sürücü işlədiyini, təqsirləndirilən şəxslə bələdiyyə sədri arasında hər hansı mübahisənin şahidi olmadığını deyib.

Elvin Əliyev isə Fədail Hüseynovun dostu olduğunu, onlar arasında mübahisənin torpaq üstündə baş verdiyini söyləyib.

Məhkəmə prosesi avqustun 16-da davam edəcək.

Qeyd edək ki, ötən il Abşeron rayonunun Saray bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdü Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Vəfadar Əbilhəsənov evlərində qətlə yetirilib. V.Əbilhəsənov "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-də aparat rəhbəri vəzifəsində çalışıb.

Hadisəni törədənin 1980-ci il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynov olduğu məlum olub. Polisin keçirdiyi əməliyyat nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR