Tramp Fransadan ABŞ-a səfər edənlərin yoxlanılmasını sərtləşdirməyi təklif edib

Tramp Fransadan ABŞ-a səfər edənlərin yoxlanılmasını sərtləşdirməyi təklif edib
# 24 iyul 2016 07:57 (UTC +04:00)

Bakı-APA. ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp terror təhlükəsi ilə əlaqədar Fransadan ABŞ-a səfər edənlərin yoxlanılmasını sərtləşdirməyi təklif edib.

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, D. Tramp bu addımın ABŞ-a çoxlu sayda insanın səfər etməsinin qarşısını alacağını da etiraf edib.

D. Tramp onu da bildirib ki, ümumilikdə terror aktlarına tez-tez məruz qalan ölkələrin vətəndaşlarına münasibətdə yoxlamalar sərtləşdirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR