Kompyuter salonundan oğurluq edən şəxslər saxlanılıb

Kompyuter salonundan oğurluq edən şəxslər saxlanılıb
# 09 fevral 2016 09:47 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda kompyuter salonundan oğurluq edən şəxslər saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Nəsimi rayon 19-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 5-də Bakı şəhər sakini İqbal Bəşirova məxsus kompyuter salonundan məişət əşyaları oğurlamış paytaxt sakinləri İbrahim Qurbanov, Yusif Mənsimov və Bəhruz Hacızadə tutulublar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR