Deputat Novruz Aslanov İsmayıllıda növbəti qəbul keçirib

Deputat Novruz Aslanov İsmayıllıda növbəti qəbul keçirib
# 13 avqust 2016 08:52 (UTC +04:00)

Bakı-APA. Avqustun 12-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonunun Xənəyə, Qurbanəfəndi və Buynuz kəndlərində növbəti qəbulunu keçirib.

Deputatın qərargahından APA-ya verilən məlumata görə, Xənəyə və Qurbanəfəndi kəndlərində sakinlər əsasən işıq problemini, Buynuz kəndində isə şəxsi məişət problemləri barədə deputata müraciətlər ediblər. Novruz Aslanov qaldırılan problemlər barədə müvafiq hökumət strukturlarına məlumat veriləcəyini və bu problemlərin həllinə çalışacağını bildirib. Bir neçə məsələ yerindəcə həll edilib. Sakinlər millət vəkilinə onların problemlərinə diqqətlə yanaşdığına görə təşəkkür ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR