Rusiyanın Arxangelsk şəhərində iki azərbaycanlı saxlanılıb

Rusiyanın Arxangelsk şəhərində iki azərbaycanlı saxlanılıb
# 19 iyul 2016 14:18 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Arxangelsk şəhərində Rusiya sərhədini qanunsuz keçən Nurəddin və Ramin adında iki Azərbaycan vətəndaşı saxlanılıb.

APA-nın “pomorie.ru” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ruisiya Federal Təhlükəsizlik Xidmətinin Arxangelsk vilayəti üzrə Sərhəd Xidmətindən məlumat verilib.

Sərhəd xidmətinin əməkdaşı Yelena Kondraptyeva bildirib ki, Azərbaycan vətəndaşlarından biri- Nurəddin adlı şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəəsisəsində çəkməklə 2 il 6 aylığa azadlıqdan məhrum edilib.

Digər saxlanılan qeyri-qanuni miqrant- Raminin işi isə məhkəməyə göndərilib.

Qeyd edək ki, hər iki şəxs bundan əvvəllər də pasportlarını dəyişərək 5 dəfə Rusiya sərhədini keçməyə müvəffəq olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR