Zaxarova: Türkiyənin təşəbbüsü münasibətlərin düzəlməsi istiqamətində çox ciddi addımdır

Zaxarova: Türkiyənin təşəbbüsü münasibətlərin düzəlməsi istiqamətində çox ciddi addımdır
# 28 iyun 2016 13:19 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Dünən və bu gün Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya-Türkiyə münasibətlərində baş verənləri ətraflı izah edib".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya XİN sözçüsü Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın rusiyalı həmkarına yazdığı məktubu şərh edərkən bildirib.

O, Türkiyə tərəfinin təşəbbüsünü münasibətlərin düzəlməsi istiqamətində atılmış çox ciddi addım olduğunu söyləyib: "Sözsüz ki, Türkiyə tərəfinin bu addımı diqqətə alınacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR