Rio-2016: Güləşçi Mariya Stadnik finala yüksəlib - YENİLƏNİB

<span style="color: red;">Rio-2016:  Güləşçi Mariya Stadnik finala yüksəlib - <span style="color: red;">YENİLƏNİB
# 17 avqust 2016 18:20 (UTC +04:00)

Bakı-APA. Braziliyada təşkil olunan Yay Olimpiya Oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün mübarizəyə xanım güləşçilər də qoşulub.

Mübarizəyə 1/8 final mərhələsindən başlayan Mariya Stadnik 1/4 finalda Nina Matkovska (Polşa) ilə üz-üzə gəlib. Mariya iki il əvvəl dünya çempionatının yarımfinalında məğlub olduğu rəqibindən qisasını alıb. 10:0 hesabı ilə qələbə qazanan güləşçimiz görüşü vaxtından əvvəl başa vurub və yarımfinala yüksəlib.

Yarımfinalda təmsilçimiz bolqarıstanlı Elitsa Atanasova Yankovanı 6:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

***

Bakı – APA. Azərbaycan güləşçisi Mariya Stadnik (48 kq) 1/4 finalda polşalı Nina Matkovskaya qalib gəlib.

APA-nın məlumatına görə, Stadnik iki il əvvəl dünya çempionatının yarımfinalında məğlub olduğu rəqibindən qisasını alıb.

10:0 hesabı ilə qələbə qazanan güləşçimiz görüşü vaxtından əvvəl başa vurub və yarımfinala yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR