Beyləqanda sauna yanıb

Beyləqanda sauna yanıb
# 26 mart 2016 07:24 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Beyləqan şəhərində sauna yanıb.

APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ikimərtəbəli ümumi sahəsi 1600 kv.m olan məişət evinin birinci mərtəbəsində yerləşən sahəsi 120 kv.m olan saunanın lambir üzlüyü və içərisində olan əşyalar 60 kv.m sahədə yanıb.

Saunanın qalan hissəsi və məişət evi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR