Ağ Ev: Suriyada Rusiya ilə hərbi əməkdaşlıq barədə saziş imzalamaq hələ tezdir

Ağ Ev:  Suriyada Rusiya ilə hərbi əməkdaşlıq barədə saziş imzalamaq hələ tezdir
# 21 sentyabr 2016 02:58 (UTC +04:00)

Bakı-APA. ABŞ Administrasiyası hesab edir ki, Suriyada dayanıqlı atəşkəs rejiminə nail olunmadığına görə Rusiya ilə hərbi əməkdaşlıq barədə saziş imzalamaq hələ tezdir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Ben Rods deyib.

“Suriyada atəşkəs rejiminə dair saziş icra olunmalıdır ki, Rusiya ilə hərbi əməkdaşlığımız mümkün olsun”, - deyə Ben Rods bildirib.

Onun sözlərinə görə, ABŞ Suriyada atəşkəs rejiminin tətbiq olunması və zorakılığın azaldılması prosesinə sadiqdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR