"MilliKart" BOKT bazarına daxil olub

"MilliKart" BOKT bazarına daxil olub
# 20 oktyabr 2015 09:36 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “MilliKart Group” Azərbaycandakı BOKT sektorunda ilk və yeni layihəni tətbiq edib.

APA-Economics”in verdiyi xəbərə görə, layihə uğurla başa çatdırıb.

Layihə “MilliKart”, “Azərpoçt” və “İdeal Kredit”in üçtərəfli əməkdaşlığı nəticəsində “İdeal Kredit”in müştərilərinin ödəniş kartlarının əldə edilməsini təmin edir.

Belə ki, “İdeal Kredit” təşkilatının müştəriləri müvafiq nominallarda ödəniş kartları əldə edir. “İdeal Kredit” tərəfindən müştərilərə verilən ödəniş kartları “MilliKart”da xidmət olunan bütün bankların bankomat və POS-terminal şəbəkəsində qəbul olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR