Azərbaycanda psixiatriya stasionarından çıxarılma qaydaları dəyişdirilir

Azərbaycanda psixiatriya stasionarından çıxarılma qaydaları dəyişdirilir
# 29 mart 2016 10:32 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Psixiatriya yardımı haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, layihəni təqdim edən komitə sədri Əhliman Əmiraslanov bildirib ki, qanunun 29-cu maddəsində dəyişiklik nəzərdə tutulub. Layihədə psixiatriya stasionarından çıxarılma qaydalarında dəyişiklik edilir: “Psixi pozuntu ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs psixiatriya stasionarından yalnız həmin məcburi tədbirlərin tətbiqinin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmənin qərarı əsasında çıxarılır”.


Maddənin hazırda qüvvədə olan variantında isə qayda belədir: “Məhkəmə qətnaməsi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş pasiyent psixiatriya stasionarından yalnız təyin edilmiş məcburi müalicəyə xitam verilməsi haqqında məhkəmənin qətnaməsi əsasında çıxarılır”.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR