Nazir: "Kosta-Rika şirkətləri Azərbaycanda yaradılan sənaye parklarında iştirak edə bilər"

Nazir: "Kosta-Rika şirkətləri Azərbaycanda yaradılan sənaye parklarında iştirak edə bilər"
# 20 oktyabr 2015 10:48 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Kosta-Rikanın xarici işlər və etiqad naziri Manuel Qonzales Sanz ilə görüşüb.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Kosta-Rika arasında əməkdaşlığın inkişafı üçün imkanların olduğunu, nazirin ölkəmizə səfərinin əlaqələrin genişləndirilməsində əhəmiyyətli olacağını vurğulayıb. Bildirilib ki, hüquqi bazanın formalaşdırılması, iş adamları arasında işgüzar münasibətlərin qurulması, qarşılıqlı səfərlərin həyata keçirilməsi ölkələrimiz arasında əlaqələrin inkişafı baxımından önəmlidir.

Azərbaycan və Kosta-Rika arasında əməkdaşlıq perspektivlərindən danışan Ş. Mustafayev kənd təsərrüfatı, turizm, ticarət sahələrində əməkdaşlıq üçün potensialın olduğunu, Kosta-Rika şirkətlərinin Azərbaycanda yaradılan sənaye parklarında iştirak edə biləcəklərini diqqətə çatdırıb.

Ş. Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini, Ermənistanın işğalçılıq siyasətinin regional inkişafa əsas maneə olduğunu bir daha diqqətə çatdırıb.

Kosta-Rikalı nazir ölkəsinin Azərbaycanla əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsində maraqlı olduğunu bildirib, əlaqələrin genişləndirilməsi üçün müvafiq sahələrin müəyyənləşdirilməsinə dair fikir mübadiləsinin aparılmasının məqsədəuyğunluğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR