“Sərhədsiz həkimlər” təşkilatının Əfqanıstandakı xəstəxanası hava zərbələrinə məruz qalıb

“Sərhədsiz həkimlər” təşkilatının Əfqanıstandakı xəstəxanası hava zərbələrinə məruz qalıb
# 03 oktyabr 2015 08:04 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Beynəlxalq QHT olan “Sərhədsiz həkimlər” təşkilatının Əfqanıstanın Qunduz şəhərindəki xəstəxanası hava zərbələrinə məruz qalıb. APA-nın “Reuters”-ə istinadən verdiyi məlumata görə, zərbələr nəticəsində xəstəxanaya ziddi ziyan dəyib, 3 həkim ölüb, daha 30 nəfər itkin düşüb.

Hücum zamanı binada 105 xəstə və onların yaxını, həmçinin 80 həkim olub.

NATO-nun Əfqanıstandakı kontingentinin nümayəndəsi zərbələrin ABŞ Silahlı Qüvvələri tərəfindən endirildiyini bildirib. O əlavə edib ki, ABŞ aviasiyası bu gün səhər məhz bu rayonu bombalayıb.

Qeyd edək ki, “Sərhədsiz həkimlər” Əfqanıstanın 4 şəhərində-Kabildə, Hostda, Qunduzda və Laşkargahda fəaliyyət göstərir.

Təşkilat Əfqanıstanda 1980-ci ildən işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR