APA-nın məlumatına görə, bu barədə “Guardian” qəzeti xəbər yayıb.
“Prezident Blatter 90 gün vəzifəsinin icrasından kənarlaşdırıldı. Hələ ki, bildiyimiz yalnız budur”, deyə Blatterin müşaviri Klaus Ştelker bildirib.
BBC-nin məlumatına görə, Blatterin vəzifəsindən kənarlaşdırılmasına dair son qərarı FİFA-nın Etika Komitəsinin arbitraj palatasının başçısı Hans-Yoaxim Ekkert oktyabrın 8-də qəbul etməlidir.
Qeyd edək ki, sentyabrın 24-də İsveçrə prokurorluğu Y.Blatterə qarşı cinayət işi açıb.