Türkiyədə antiterror əməliyyatı zamanı 5 polis və əsgər şəhid olub

Türkiyədə antiterror əməliyyatı zamanı 5 polis və əsgər şəhid olub
# 07 aprel 2016 16:37 (UTC +04:00)

Bakı - APA. Türkiyədə antiterror əməliyyatları davam edir.

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu gün Mardinin Nusaybin rayonunda PKK terrorçularını zərərsizləşdirmək üçün keçirilən əməliyyat zamanı şəhid olan təhlükəsizlik qüvvələrinin əməkdaşlarının sayı 5 nəfərə çatıb.

Bu gün mayor Əhməd Karaman və polis zabitləri Doğan Sakarya ilə Zafer Kurtun şəhid olmasından sonra Diclə məhəlləsində əməliyyat davam etdirilib. PKK terrorçularının quraşdırdığı partlayıcı qurğunun zərrəsizləşdirməsi zamanı güclü partlayış baş verib, nəticədə 2 polis əməkdaşı həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR