Bakı-Quba yolunda iki maşın toqquşub, xəsarət alanlar var

Bakı-Quba yolunda iki maşın toqquşub, xəsarət alanlar var
# 11 avqust 2016 08:04 (UTC +04:00)

Siyəzən. Vəli Turan - APA. Bu gün Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın 83-cü kilometrliyində, Siyəzən rayonunun Zarat kəndi ərazisində qeydə alınıb. 10 VB 986 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomaşınla 90 AB 848 dövlət nömrə nişanlı, “Mitsibushi” markalı avtomobil toqquşub. Toqquşma nəticəsində hər iki maşın yoldan çıxaraq aşıb. Qəza nəticəsində “Hyundai”da olan iki sərnişin və “Mitsibushi”də olan bir nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR