Sumqayıt-Bakı elektrik qatarının şüşələri sındırılıb

Sumqayıt-Bakı elektrik qatarının şüşələri sındırılıb
# 10 iyun 2016 08:58 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Sumqayıt-Bakı elektrik qatarının şüşələri sındırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 8-də Sumqayıt-Bakı elektrik qatarının 2 pəncərəsinin şüşələrini daşla sındıran Biləcəri qəsəbə sakinləri olan 2 azyaşlı saxlanılıb. Onların izahatları alındıqdan sonra özlərinə və valideynlərinə xəbərdarlıq edilərək buraxılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR