Lavrov: "Diplomatlarımızı dopinq istifadəsində günahlandırsalar, təəccüblənmərəm"

Lavrov: "Diplomatlarımızı dopinq istifadəsində günahlandırsalar, təəccüblənmərəm"
# 10 mart 2016 14:00 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya xarici işlər naziri Sergey Lavrov rusiyalı idmançıların dopinqdən istifadə etməsi ilə bağlı ittihamları şərh edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, S. Lavrov rusiyalı diplomatlara və həbçilərə qarşı da belə iddiaların irəli sürüləcəyi təqdirdə, təəccüblənməyəcəyini söyləyib.

"Əgər indi kimsə Rusiya Hərbi Kosmik Qüvvələrinin hərbçilərini və ya rusiyalı diplomatları dopinqdən istifadə etməkdə günahlandırsa və buna əsasən dünya proseslərində iştirakının qadağan olunmasını tələb etsə, təəccüblənmərəm", - deyə o, "Ren TV" kanalına müsahibəsində bildirib.

Qeyd edək ki, son günlər Rusiyanın bir neçə tanınmış idmançısı qadağan olunmuş "meldonium" preparatından istifadə etdiyinə görə yarışlardan uzaqlaşdırılıb. Onların arasında məşhur tennisçi Mariya Şarapova da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR