Özbəkistanın Nazirlər Kabineti: İslam Kərimovun vəziyyəti kritikdir

Özbəkistanın Nazirlər Kabineti: İslam Kərimovun vəziyyəti kritikdir
# 02 sentyabr 2016 06:07 (UTC +04:00)

Bakı-APA. Özbəkistan prezidenti İslam Kərimovun vəziyyəti kritikdir.

APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Özbəkistanın Nazirlər Kabinetinin açıqlamasında bildirilir.

“Çox təəssüflə bildiririk ki, ötən sutka ərzində prezidentimizin səhhəti qəfil pisləşib, həkimlərin fikrincə, onun vəziyyəti kritikdir”, - deyə Özbəkistan Nazirlər Kabinetinin yerli mətbuatda dərc olunmuş məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR