Azərbaycanda mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərə dair tələblər təsdiqlənib

Azərbaycanda mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərə dair tələblər təsdiqlənib
# 10 may 2016 22:56 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsi Qaydaları”nı təsdiq edib.

APA-nın məlumatına görə, bu Qaydalar mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsi qaydalarını və uyğunluğun qiymətləndirilməsinə dair ümumi tələbləri müəyyən edir.

Azərbaycan Respublikasında mərzçəkmə işlərini həyata keçirən özəl hüquqi və fiziki şəxslərə müvafiq sertifikatın verilməsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən həyata keçirilir. Mərzçəkmə işlərinin həyata keçirilməsi ilə bağlı sertifikatın alınması məqsədi ilə özəl hüquqi və fiziki şəxslər Xidmətə yazılı və ya elektron formada müraciət edirlər. Müraciətə ərizə, fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin, hüquqi şəxsin isə dövlət qeydiyyatı haqqında sənədin və nizamnamənin surətləri, fiziki şəxslərin mərzçəkmə işlərinin həyata keçirilməsi ixtisas istiqamətləri üzrə ali təhsili haqqında sənədinin (sənədlərinin) surəti (surətləri), fiziki şəxslərin daşınmaz əmlakın kadastrı, yerquruluşu, torpaq və şəhər kadastrı, geodeziya və xəritəçilik mühəndisliyi sahəsində ən azı 1 il iş stajının olmasını təsdiq edən sənəd, hüquqi şəxslərin mərzçəkmə işlərinin həyata keçirilməsi ixtisas istiqamətləri üzrə və ən azı 3 il iş stajı olan alitəhsilli işçilərinin olmasını təsdiq edən sənəd əlavə edilir. Sənədlərin və ya məlumatların təqdim edilməsi üçün təyin edilən müddət 20 iş günündən çox olmamalıdır. Belə olan halda müraciətə baxılma müddəti 30 iş günündən çox ola bilməz. Uyğunluğu qiymətləndirilən kadastr mühəndisləri mülki hüquq və torpaq münasibətləri, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, daşınmaz əmlakın vahid dövlət kadastrı, daşınmaz əmlak obyektlərinə ünvan verilməsi, mərzçəkmə işlərinin həyata keçirilməsi və digər aidiyyəti sahələri tənzimləyən Azərbaycan Respublikasının normativ hüquqi aktları, torpaq sahələrinin, bina, tikili və qurğuların texniki inventarlaşdırılmasının və çöl-ölçmə işlərinin aparılmasının ümumi qaydaları, öz peşə fəaliyyətləri dairəsində tətbiq olunan məlumatların toplanılmasının, saxlanılmasının və işlənilməsininkompüter üsulları, informasiyanın qorunması, işlənilib hazırlanması və verilməsi qaydaları, öz peşə fəaliyyətlərində fotoqrammetrik üsulların və Coğrafi İnformasiya Sistemlərinin (CİS) tətbiqi, kadastr xəritələrinin tərtibi, sənaye və mülki obyektlərin həndəsi ölçülərinin geodezi monitorinqi, plan və xəritələrin hazırlanması üçün geodeziya işlərinin aparılması, müasir geodeziya alətlərinin quruluşu, onların yoxlanılması, tənzimlənməsi və istismarı üsulları, inzibati idarəçilik, inzibati prosedurlar, maliyyə ödənişləri ilə bağlı ilkin biliklərə malik olmalıdırlar. Nəzəri və praktiki biliklərin yoxlanılması məqsədi ilə tərkibi 5 nəfərdən ibarət olan, Xidmət rəisinin əmri ilə daimi fəaliyyət göstərən komissiya yaradılır. Komissiyanın tərkibinə müstəqil ekspertlərin daxil edilməsinə yol verilir.

İmtina üçün əsas olmadığı təqdirdə, Xidmət tərəfindən müraciət edən özəl hüquqi və fiziki şəxslərəmərzçəkmə işlərinin həyata keçirilməsi ilə bağlı sertifikatın verilməsi barədə qərar qəbul edilir və bu barədə 48 saat ərzində müraciət edən özəl hüquqi və fiziki şəxslərə yazılı məlumat verilir. Sertifikatın verilməsi barədə qərar qəbul edildiyi gündən 3 iş günü müddətində sertifikat müraciət edən hüquqi və fiziki şəxslərə təqdim edilir. Sertifikat verildiyi tarixdən 3 il müddətinə etibarlıdır. Sertifikatlaşdırma barədə məlumatlar Xidmət tərəfindən uyğunluğu qiymətləndirilən özəl hüquqi və fiziki şəxslər barədə məlumat toplusu olan reyestrə daxil edilir. Sertifikat verildikdə və ya sertifikatın qüvvədəolma müddəti uzadıldıqda, sertifikatın surəti müvafiq dövlət reyestrlərinə daxil edilməsi üçün 3 iş günü müddətində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim olunur. Ləğv edilmiş sertifikat barədə 3 iş günü müddətində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə məlumat verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR