Bu il xarici turizm şirkətləri və KİV nümayəndələri üçün 18 infotur keçirilib

Bu il xarici turizm şirkətləri və KİV nümayəndələri üçün 18 infotur keçirilib
# 13 iyul 2016 14:59 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Cari ilin 6 ayı ərazində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Cənubi Koreya, Çin, Rusiya, Türkiyə, Fransa, Qazaxıstan, Qırğızıstan, Küveyt və Yaponiya nümayəndələri üçün ümumilikdə 18 infotur təşkil olunub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, infoturun həyata keçirilməsində Mədəniyyət və Turizm Nazirliyinin xarici ölkələrdəki turizm nümayəndəlikləri, həmin ölkələrdəki səfirliklərimiz, milli və xarici hava yolları şirkətləri yaxından iştirak ediblər.

Həyata keçirilən tədbirlər nəticəsində ölkəmizin turizm potensialı, milli mətbəxi, nümayiş obyektləri, əl sənətkarlığı, milli adət-ənənələri və s. nümayiş etdirilib, eləcə də yerli turizm şirkətləri ilə bir sıra ikitərəfli (B2B) görüşlər keçirilib.

Qeyd olunub ki, infoturların 8-i Mədəniyyət və Turizm Nazirliyi xarici ölkələrdəki turizm nümayəndəlikləri ilə birlikdə (Rusiyada “Tour A Vent”, Türkiyədə “Gateway”, İran Körfəzi ölkələrində “Atlantis Holidays”, Almaniyada “Aviareps Tourism”) həyata keçirilib: “Görülən işlərin əsas məqsədi digər ölkələrdən olan turizm şirkətləri nümayəndələrinin ölkəmizin turizm potensialı ilə tanış olub öz ölkələrindən olan turistlərə Azərbaycan turizm bazarının tanıdılmasıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR