DGK xətti ilə büdcə daxilolmaları 36%-dən çox artıb

DGK xətti ilə büdcə daxilolmaları 36%-dən çox artıb
# 16 iyun 2016 18:10 (UTC +04:00)
Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-may aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 850 mln. 585,35 min manat daxil olub.
"APA-Economics" komitənin açıqladığı statistikaya istinadən xəbər verir ki, gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 225 mln. 509,94 min manat və ya 36,08% artıb.
Yanvar-may ayları ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 210 mln. 648,72 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 572 mln. 170,52 min manat, aksizlər üzrə 37 mln. 987,38 min manat, yol vergisi üzrə isə 29 mln. 778,73 manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR