Gəncədə damdan yıxılan 67 yaşlı kişi ölüb

Gəncədə damdan yıxılan 67 yaşlı kişi ölüb
# 23 may 2016 10:19 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Gəncə şəhər sakini yıxılaraq ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ehtiyatsızlıqdan həyətindəki yardımçı təsərrüfatın damından yıxılaraq xəstəxanaya yerləşdirilən Gəncə şəhər sakini, 67 yaşlı Həmzə Əmirxanov orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR