Elmar Məmmədyarov Qırğız Respublikasının mədəniyyət, informasiya və turizm naziri ilə görüşüb

Elmar Məmmədyarov Qırğız Respublikasının mədəniyyət, informasiya və turizm naziri ilə görüşüb
# 27 aprel 2016 15:14 (UTC +04:00)

Bakı-APA. Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində Qırğız Respublikasının mədəniyyət, informasiya və turizm naziri Altınbek Maksutovla görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APAQ-ya bildirilib ki, görüşdə iki ölkə arasında mədəniyyət, informasiya, idman və turizm sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri mövzusunda fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin Azərbaycanda Qırğız, Qırğız Respublikasında Azərbaycan mədəniyyət günlərinin keçirilməsinin nəzərdə tutulduğu qeyd olunub.

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini də müzakirə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR