Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi Xədicə İsmayılovanın azad edilməsi ilə bağlı bəyanat yayıb

Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi Xədicə İsmayılovanın azad edilməsi ilə bağlı bəyanat yayıb
# 26 may 2016 11:09 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi jurnalist Xədicə İsmayılovanın azad edilməsi ilə bağlı bəyanat yayıb.

Fransanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, Fransa Ali Məhkəmənin jurnalist Xədicə İsmayılovanın cəza müddətinin azaldılması haqqındakı qərarından sonra azad edilməsi xəbərini böyük məmnunluqla qarşılayıb.

"Bu yeni addım cari il aprelin 19-da Yunus cütlüyünün azad olunmasından sonra baş verir.

Fransa Azərbaycanda hüquqi dövlətin möhkəmləndirilməsində yeni nailiyyətlər əldə olunmasını arzu edir", - deyə bəyanatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR