YAP-ın bəzi üzvləri bir aylıq maaşlarının 20 faizini Silahlı Qüvvələrə Yardım Fonduna köçürəcək

YAP-ın bəzi üzvləri bir aylıq maaşlarının 20 faizini Silahlı Qüvvələrə Yardım Fonduna köçürəcək
# 20 aprel 2016 09:21 (UTC +04:00)

YAP-dan APA-ya verilən məlumata görə, partiyanın İcra Katibliyində, habelə rayon və şəhər təşkilatlarında çalışan 660 nəfər əməkdaş bir aylıq əmək haqqının 20 faizini Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fondunun hesabına köçürmək haqqında müraciət edib.

Müraciətdə bildirilir: “YAP üzvləri tərəfindən atılmış bu vətənpərvər addım son zamanlar ermənilər tərəfindən törədilən azğın təxribatların qarşısını igidliklə alıb və düşmən həmlələrinə layiqli cavab vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinə ümumxalq inamının və dəstəyinin əyani ifadəsi kimi qiymətləndirilməlidir. Yeni Azərbaycan Partiyası bundan əvvəl də dəfələrlə müxtəlif formalarda, o cümlədən xeyriyyə tədbirləri təşkil etməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna vəsaitlər köçürüb”.

Qeyd edək ki, Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və digər zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədi daşıyan Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fondu Heydər Əliyevin müvafiq sərəncamı ilə yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR