Ruslan Abışov milli komandadan kənarlaşdırılıb

Ruslan Abışov milli komandadan kənarlaşdırılıb
# 10 noyabr 2015 12:25 (UTC +04:00)

Bakı – APA. Noyabrın 17-də Moldova millisi ilə qarşılaşacaq Azərbaycan yığmasının heyətində daha bir dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin futbolçusu Ruslan Abışov heyətdən kənarlaşdırılıb.

Buna səbəb 28 yaşlı müdafiəçisi zədəli olmasıdı. Bu üzdən Abışov Bakı Olimpiya Stadionunda keçiriləcək oyunda iştirak edə bilməyəcək.

Qeyd edək ki, bunadək eyni səbəbdən Dmitri Nazarov heyətdən çıxarılıb, əvəzində Ağabala Ramazanovla Ürfan Abbasov hazırlıqlara çağırılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR