Nazir: “Ali təhsil müəssisələrin maliyyələşmə mexanizminə yenidən baxılmalıdır”

Nazir: “Ali təhsil müəssisələrin maliyyələşmə mexanizminə yenidən baxılmalıdır”
# 29 aprel 2016 10:15 (UTC +04:00)


Bakı. Könül Kamilqızı – APA. “Azərbaycanda ali təhsil müəssisələrin maliyyələşmə mexanizminə yenidən baxılmalıdır”.

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov AMEA-nın illik yığıncağında bildirib ki, hazırda ali məktəblərdə adambaşına maliyyələşmə tətbiq edilir: “Bu gün ali təhsil müəssisələrində keyfiyyət, tələbələrin sayı əsas götürülür. Amma elmi fəaliyyətin dəstəklənməsinə yönəlmiş mexanizmlərdən məhkumuq. Çalışmalıyıq ki, ali məktəblər öz elmi işlərini həyata keçirmək üçün ayrıca mexanizmə malik olsun”.


Nazir qeyd edib ki, təhsil və elmin birgə fəaliyyətində hələ də həllini gözləyən problemlər var. Onun sözlərinə görə, əsas məsələlərdən biri ali məktəblərdə patent və ixtiralarla bağlıdır: “Birinci problem patentlərlə bağlıdır. Patent statistikası ölkələrin texnoloji inkişafının mühüm göstəricilərindən biri, innovasiya potensialının isə əsas göstəricisidir. Ölkələrin patent aktivliyinə dair hər il müqayisəli statistik təhlil aparan Ümumdünya İntellektual Mülkiyyət Təşkilatının (World Intellectual Property Organization) son məlumatına əsasən, Azərbaycanda cəmi 205 patent qeydə alınıb. Alimlərimizin, ali təhsildə fəaliyyət göstərən həmkarların biznes sahələri ilə əlaqələri gücləndirilməlidir. Digər məsələ isə elmi tədqiqat nəticələrinin tədqiqi ilə bağlıdır. Ali məktəblərdə yerinə yetirilən nəticələr əsasən tədris proseslərində istifadə edilir. Bunlar müəssisələr tərəfindən qəbul edilmir və ya səmərə vermir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR