Britaniya səfiri: "Qarabağ atlarının Kraliçanın yubileyində iştirakı bu ilin əlamətdar hadisəsi idi"

Britaniya səfiri: "Qarabağ atlarının Kraliçanın yubileyində iştirakı bu ilin əlamətdar hadisəsi idi"
# 16 iyun 2016 18:15 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. "Kraliçanın ad gününün Azərbaycanda qeyd edilməsi Azərbaycan və Böyük Britaniya əlaqələrinin gücünü göstərmək üçün böyük imkandır". APA-nın məlumatına görə, bu sözləri Böyük Britaniya Kraliçası II Yelizavetanın 90 illik yubileyinin Azərbaycanda qeyd edildiyi mərasimdə Böyük Britaniyanın Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Karol Krofts deyib. O, Azərbaycana gəldiyi ilk vaxtlarda enerji, biznes, siyasət təhsil və mədəniyyət kimi sahələrdə əlaqələrin genişliyindən mütəəssir olduğunu bildirib: "Böyük Britaniya Azərbaycanda ən böyük enerji investorudur. Böyük Britaniya xaricdə oxumaq istəyən azərbaycanlı tələbələr üçün əsas hədəf olaraq qalır. Qarabağ atlarının Kraliçanın yubileyində iştirakı bu ilin əlamətdar hadisəsi idi. Britaniya hökuməti Dağlıq Qarabağ münaqişəsinin yaxın gələcəkdə sülh yolu ilə həll olunmasına ümid edir".

Daha sonra çıxış edən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini bildirib: "Ən əsas əməkdaşlığımız iqtisadi və xüsusilə enerji sahəsindədir. BP bizim əsas enerji tərəfdaşımızdır. Biz əməkdaşlığımızı davam edəcəyik. Amma biz qeyri-neft sektorunun da inkişafına diqqət etməliyik. Turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq üçün böyük imkanımız var. Biz çox məmnunuq ki, Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyü məsələsində bizi dəstəkləyir. Lakin, BMT TŞ-nin daimi üzvü və Aİ-də böyük nüfuza malik bir ölkə kimi, Böyük Britaniya daha böyük töhfə verə bilər. Britaniya danışıqlar prosesinin birbaşa iştirakçısı deyil, lakin Aİ və BMT TŞ-də qəbul edilən sənədlərin kağız üzərində qalmamasına daha çox səy göstərə bilər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR