Dənizdə hərəkət təhlükəsizliyi ilə əlaqədar xidmətin qiyməti dövlət tərəfindən tənzimlənməyəcək

Dənizdə hərəkət təhlükəsizliyi ilə əlaqədar xidmətin qiyməti dövlət tərəfindən tənzimlənməyəcək
# 14 may 2016 23:34 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Dənizdə hərəkət təhlükəsizliyi fəaliyyəti ilə əlaqədar xidmət “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”ndan çıxarılıb.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişikliklər edilməsi haqqında qərarında əksini tapıb.

Beləliklə, dəniz və limanlarda hərəkət təhlükəsizliyi fəaliyyəti ilə əlaqədar xidmətin qiyməti dövlət tərəfindən tənzimlənməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR