2016/2017-ci tədris ili üçün AMEA-ya 19 ixtisas üzrə 63 plan yerinə magistr qəbulu həyata keçirilib

2016/2017-ci tədris ili üçün AMEA-ya 19 ixtisas üzrə 63 plan yerinə magistr qəbulu həyata keçirilib
# 23 may 2016 09:29 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) doktorant, dissertant və magistrantlar üçün yay imtahan sessiyasının təşkili ilə bağlı müşavirə keçirilib.

AMEA-dan APA-ya verilən məlumata görə, AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, texnika üzrə elmlər doktoru, professor Əminağa Sadıqov bildirib ki, yay imtahan sessiyası doktorant və dissertantlar üçün mayın 25-dən iyunun 25-dək, magistrantlar üçün isə iyunun 1-dən iyulun 5-dək keçiriləcək. O qeyd edib ki, doktorant və dissertantlar üçün ixtisas fənləri üzrə imtahanlar sessiyanın birinci on günlüyündə keçiriləcək və bütün imtahanlar test üsulu ilə aparılacaq.

Elm və təhsil idarəsinin Təhsil şöbəsinin rəisi, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov fəlsəfə fənni üzrə doktorluq im­ta­hanlarının təşkili ilə bağlı çıxış edərək, imtahanların 20-22 iyun tarixlərində keçiriləcəyini bildirib. Şöbə rəisi institutlar üzrə imtahanların keçirilmə vaxtını müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Elmi-analitik şöbənin rəis müavini, texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov AMEA-da magistratura təhsilinin təşkili barədə məlumat verib. O bildirib ki, magistrlərin yay imtahan sessiyasına hazırlıq işləri tam yekunlaşıb. H. Hüseynov qeyd edib ki, AMEA-nın magistraturasına Dövlət İmtahan Mərkəzi tərəfindən 2016/2017-ci tədris ili üçün 19 ixtisas üzrə 63 plan yerinə magistr qəbulu həyata keçirilib. Şöbə rəisinin müavini AMEA-nın magis­traturasına qəbul zamanı AMEA-ya seçim üçün müsahibə hüququ verildiyindən uyğun ixtisaslar üzrə müvafiq institutlarda müsahibə komissiyalarının yaradılması barədə məlumat verib.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin rəhbəri Rəsmiyyə Mahmudova və bu institutun Təhsil şöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru Fərhad Yusifov doktorluq imtahanlarının test üsulu ilə keçirilməsi üçün informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə əlaqədar elmi müəssi­sələrin bir qisminin proqram təminatı ilə təmin olunduğunu və bu istiqamətdə işlərin davam etdirildiyini bildiriblər. Bu sahədə bəzi elmi müəssisələrdə İKT üzrə mütəxəssislərin və texniki təminatın lazımi səviyyədə olmamasını qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR