Azərbaycan ordusunun şəhid olan əsgəri dəfn olunub

Azərbaycan ordusunun şəhid olan əsgəri dəfn olunub
# 04 may 2016 10:43 (UTC +04:00)


Xaçmaz. Vəli Turan - APA. Azərbaycan Silahlı Qüvvələrinin mayın 3-də şəhid olan əsgəri Yüzbəyov Əmrah Aydın oğlu dəfn olunub.

APA -nın şimal bürosunun verdiyi məlumata görə, şəhid Əmrah Yüzbəyov Xaçmaz rayonunun Hacıməmmədoba kəndindəki məzarlıqda torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Xaçmaz Rayon İcra Hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının rəhbərliyi, kənd sakinləri ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, rayon ictimaiyyəti də iştirak edib. Şəhid əsgər yaylım atəşləri altında son mənzilə yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR