AKP millət vəkili: “Türkiyənin prezident üsul-idarəsinə keçməsinə ehtiyac yaranıb”

AKP millət vəkili: “Türkiyənin prezident üsul-idarəsinə keçməsinə ehtiyac yaranıb”
# 06 may 2016 08:14 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. “Ölkəmizin prezident üsul-idarəsinə keçməsinə ehtiyac yaranıb”.

APA-nın məlumatına görə, bu sözləri APA-ya açıqlamasında Ədalət və İnkişaf Partiyasının Van millət vəkili Burhan Kayatürk deyib.

B. Kayatürk baş nazir Əhməd Davudoğlunun mayın 22-də fövqəladə qurultaya getmək barədə qərarının çox önəmli olduğunu söyləyib: “Mətbuat konfransında baş nazirimizin çox gözəl çıxışı oldu. Məclisdəki Ak Parti qrupu bundan sonra həmişə hörmətli Davudoğlunun haqq və hüquqlarını müdafiə edəcək, onun mübarizəsinə lazımi dəstəyi verəcək. Hal-hazırda Türkiyədə prezident üsul-idarəsinə ehtiyac ortaya çıxıb. Ak Partinin qurucusu və hərəkatın lideri, hörmətli Rəcəb Tayyib Ərdoğan bu ehtiyacı gördüyü üçün ölkənin prezident üsul-idarəsinə keçməsini istəyir. Ak Partinin millət vəkili qrupu və bütün təşkilatları hörmətli prezidentimizin ölkəni prezident üsul-idarəsinə keçirmə düşüncəsinə qeyd-şərtsiz dəstək verəcək, buna heç kimin şübhəsi olmamalıdır. Bu proseslərdə ölkəmizdə heç bir böhran və xaos yaşanmayacaq, hər şey qanun-qaydalar çərçivəsində həyata keçiriləcək, baş nazirimiz də bunu vurğuladı. Ak Parti qədim ənənələrimizdən vüsət almış bir hərəkat olduğuna görə, xalq bizdən dəstəyini heç vaxt əsirgəmir, bundan sonra da əsirgəməyəcəyinə inanıram. Prezidentimiz də bu inamı daşımaqdadır. Biz həm Türkiyənin, həm də dünyada əzilən müsəlmanların ümidi olan siyasi hərəkatıq. Bundan sonrakı mərhələdə Türkiyənin prezident üsul-idarəsinə keçməsi üçün lazım olan təməlin hazırlanmasıyla məşğul olacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR