“PAŞA Həyat” vəfat etmiş şəxsin ipoteka krediti üzrə sığorta ödənişi verib

“PAŞA Həyat” vəfat etmiş şəxsin ipoteka krediti üzrə sığorta ödənişi verib
# 28 aprel 2016 14:35 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics Azərbaycanın sığorta bazarının ən iri şirkəti olan “PAŞA Həyat” “kredit götürən şəxslərin həyat sığortası” növü üzrə növbəti böyük həcmli sığorta ödənişini həyata keçirib.

Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən “APA-Economics”ə verilən xəbərə görə, ölkədə fəaliyyət göstərən bankların birindən ipoteka krediti götürmüş şəxsin vəfat etməsi nəticəsində müştərinin 27 866 manat qalıq borc məbləği “PAŞA Həyat” tərəfindən aidiyyatı üzrə ödənilib.

Qeyd edək ki, “PAŞA Həyat” tərəfindən cari ilin əvvəlindən indiyədək ipoteka krediti ilə bağlı 3 sığorta hadisəsinə görə ümumilikdə 61 115 manat həcmində sığorta ödənişi verilib.

“PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin aprel ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR