Abşeronda mənzildə partlayış baş verib, 3 nəfər xəsarət alıb

 Abşeronda mənzildə partlayış baş verib, 3 nəfər xəsarət alıb
# 10 noyabr 2015 09:39 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Abşeronda mənzildə partlayış baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 9-da saat 15 radələrində Abşeron rayonunun Yuxarı Güzdək qəsəbəsində yaşayan Azad Əsgərovun evində qaz sızmasından yanğına keçən ani partlayış baş verib. Nəticədə yanıq xəsarəti almış A.Əsgərov, arvadı Günel və qızı Dəniz xəstəxanaya yerləşdiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR