Avtomobildən külli miqdarda pul oğurlayan şəxslər tutulub

Avtomobildən külli miqdarda pul oğurlayan şəxslər tutulub
# 30 aprel 2016 11:22 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda avtomobildən külli miqdarda pul oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsi və Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 5-də Allahverdi Zamanova məxsus “Fiat” markalı avtomobildən 26 min 116 manat pul oğurlayan Bərdə rayon sakini Nail Qaraşov və Bakı şəhər sakini Musa Abasəliyev tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR