Lerikdə insan hüquqlarına dair ictimai dinləmə keçirilib

Lerikdə insan hüquqlarına dair ictimai dinləmə keçirilib
# 12 iyul 2016 17:51 (UTC +04:00)

Lerik. Ağəddin Babayev – APA. İyulun 12-də Lerik rayon mədəniyyət mərkəzində “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi məqsədi ilə ictimai dinləmə keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rövşən Bağırov, Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova, rayon icra hakimiyyəti başçısı aparatının, idarə, təşkilat və müəssisələrin əməkdaşları, hüquq mühafizə orqanlarının nümayəndələri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri, fəal gənclər, ağsaqqallar, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Elmira Süleymanova bildirib ki, Milli Fəaliyyət Proqramı insan hüquqlarının qorunması sahəsində islahatların yeni mərhələsidir.

Tədbirin sonunda Ombudsman Elmira Süleymanova bir qrup vətəndaşı qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR