Neftçalada dənizdə meyiti tapılan şəxsin kimliyini müəyyənləşdirmək üçün DNT analiz götürüləcək

Neftçalada dənizdə meyiti tapılan şəxsin kimliyini müəyyənləşdirmək üçün DNT analiz götürüləcək
# 22 fevral 2016 14:59 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Neftçala rayonunda dənizdə tapılan naməlum kişi meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xətai rayon şöbəsinə gətirilib.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən APA-ya verilən xəbərə görə, meyitin şəxsiyyətinin müəyyən olunması istiqamətində iş aparılır.

Bildirilib ki, məhkəmə tibbi ekspertiza təyin edilib və cəsəddən DNT analizi götürüləcək.

Qeyd edək ki, Neftçala rayonunda naməlum kişi meyiti tapılıb. 50-55 yaşlarında kişi meyiti ötən gecə Xəzər sahilində aşkarlanıb. Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Salyan rayon şöbəsinə gətirilən meyitin tanınmaz halda olduğu açıqlanıb. Meyiti tapılan şəxsin "Günəşli" yatağında baş vermiş qəzada itkin düşmüş neftçilərdən biri ola biləcəyi ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR