Bakıda saxta pul hazırlayan Nigeriya vətəndaşlarının şikayəti üzrə məhkəmə başlayıb

Bakıda saxta pul hazırlayan Nigeriya vətəndaşlarının şikayəti üzrə məhkəmə başlayıb
# 04 aprel 2016 12:09 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində Azərbaycanda saxta pul və ya qiymətli kağızlar hazırlamaqda təqsirləndirilən Nigeriya vətəndaşları Obu Onyedika Moses və Nvadike Emmanuel Chinyerenin apellyasiya şikayətləri üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə prosesi aprelin 7-də davam etdiriləcək.

Qeyd edək ki, həmin şəxslər keçən il aprel ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında 50 ədəd saxta 100 dollarlıq əskinası satarkən saxlanılıblar. Onlar Cinayət Məcəlləsinin 204.3.2-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Onlar cəzalarının azaldılmasını istəyirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR