AMEA prezidentinə Beynəlxalq Türk Akademiyasının qızıl medalı təqdim edilib

AMEA prezidentinə Beynəlxalq Türk Akademiyasının qızıl medalı təqdim edilib
# 11 noyabr 2015 08:46 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. AMEA prezidenti Akif Əlizadəyə Beynəlxalq Türk Akademiyasının qızıl medalı təqdim edilib.

APA-nın məlumatına görə, təqdimat Azərbaycan Milli Elmlər Akademiyanın 70 illik yubiley tədbirində baş tutub.

Tədbirdə çıxış edən Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darhan Kıdıralı akademiyanın 70 illiyi münasibəti ilə AMEA kollektivini təbrik edib, ötən əsrdə Azərbaycan alimlərinin dünya elminə verdiyi töhfələrdən danışıb.

D.Kıdıralı deyib ki, elmin inkişafında müstəsna əhəmiyyətə malik Nobel mükafatının adı Azərbaycanla bağlıdır. O, Azərbaycan Milli Elmlər Akademiyasının bölgənin elm mərkəzinə çevrildiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR