"Yunated Kredit Bank"ın ləğvedicisi kreditorlara müraciət edib

"Yunated Kredit Bank"ın ləğvedicisi kreditorlara müraciət edib
# 25 fevral 2016 08:14 (UTC +04:00)

Bakı - APA-Economics. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 fevral 2016-cı il tarixli 2-1(81)-1494/2016 saylı qərarı ilə “Yunayted Kredit Bank” ASC-nin müflis elan edilməsi, iflas proseduruna başlanılması və “Azərbaijan İnternational Legal Company” MMC-nin ləğvedici təyin edilməsi qərara alınıb.

"APA-Economics" xəbər verir ki, "Banklar haqqında" qanunun 69-cu maddəsinə əsasən məhkəmə bankın müflis elan olunması haqqında qərar çıxardıqdan sonra dərhal ləğvedici həmin qərarı banka təqdim edir və qərar barədə KİV-də 7 təqvim günü ara verməklə 3 dəfə məlumat dərc edilir.

İflas prosesində olan “Yunayted Kredit Bank” ASC-nin kreditorlarının nəzərinə çatdırılır ki, “Banklar haqqında” qanunun 71.3-cü maddəsinə əsasən banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir.

İstinad olunan qanunun 76.1-ci maddəsinə əsasən “müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində (ilk dərcin tarixi 16 fevral 2016-cı il) ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınır”. Odur ki, iflas prosesində olan “Yunayted Kredit Bank” ASC-yə qarşı tələbi olan fiziki və hüquqi şəxslər ilk elanın dərcindən 60 təqvim günü ərzində (yəni 17 aprel 2016-cı il tarixədək) tələblərini bankın ləğvedcisi “Azerbaijan İnternational Legal Company” MMC-yə yazılı təqdim etməlidirlər. Kreditorların sorğusu üzrə onların tələblərinin qeydə alınmasına dair qəbz verilir.

Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

- kreditorun adı və ünvanı;

- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barədə məlumat;

Kreditorlar ilk elanın dərcindən 60 gün ərzində tələblərinin qeydə alınması üçün bankın ləğvedicisinə müraciət etməlidirlər. Kreditorların nəzərinə çatdırılır ki, “Banklar haqqında” qanununun 76.1-ci maddəsinə əsasən məhkəmə 60 gün müddətini bütün kreditorlar üçün yalnız bir dəfə 30 gün uzada bilər. İlk elanın dərc edildiyi gündən 60 təqvim günü ərzində tələbləriniz (depozitlərlə bağlı tələblər istisna olmaqla) “Banklar haqqında” qanunun 76-cı maddəsinə əsasən iflas prosesində olan “Yunayted Kredit Bank” ASC-nin ləğvedcisinə təqdim edilmədiyi halda tələblər qeydə alınmayacaqdır.

“Banklar haqqında” qanunun 77.1-ci maddəsinə əsasən bankın mühasibat uçotu və hesabatı sənədlərində əks etdirilmiş depozitlərlə bağlı tələblər istisna olmaqla, yalnız bu qanunun 76-cı maddəsinə uyğun qəbul edilmiş tələblər qeydə alınır. Depozitlərlə bağlı tələblər isə mühasibat uçotu sənədlərində əks etdirilmiş məbləğlərdə qəbul edilir.

Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə və ya aşağıda göstərilən telefon nömrələri, elektron poçt vasitəsi ilə əlaqə saxlaya bilərsiniz.

Kreditorlar Bakı, N. Rəfiyev küçəsi, 49 və ya ləğvedicinin ünvanı Bakı, Yasamal rayonu, Mətbuat prospekti 18/7, 539-cu məhəllədəki (indiki M. Rahim küçəsi, 4A) ünvana müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR