İran XİN: ABŞ Ali Məhkəməsinin qərarı etimadsızlıq və gərginliyin davam etməsi barədə mesajdır

İran XİN: ABŞ Ali Məhkəməsinin qərarı etimadsızlıq və gərginliyin davam etməsi barədə mesajdır
# 25 aprel 2016 12:14 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. İran Ərak ağır su reaktorunun məhlulunun qalanını Rusiyaya satmaq üçün müzakirələr aparır.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari deyib. O bildirib ki, Ərak ağır su reaktorunun 70 tondan artıq ağır su məhlulu var ki, satılmalıdır.


H. Cabiri Ənsari ABŞ Ali Məhkəməsinin İranın dondurulmuş aktivləri ilə bağlı çıxardığı qərara da toxunub. O qeyd edib ki, hüquqi baxımdan Amerika Ali Məhkəməsinin çıxardığı qərar beynəlxalq qanunlara ziddir: “Bu qərarda Amerika öz daxili qanunlarını beynəlxalq qanunlardan üstün tutub ki, bu da beynəlxalq normalara ziddir”.

İran XİN-in sözçüsü qeyd edib ki, bu qərarla İran xalqına iki ölkə arasında etimadsızlıq və gərginliyin davam etməsi mesajı verilib: “Bu kimi səhv addımların atılması üçün şərait yaradılmamalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR